Vladimir Putin: "SSRİ-ni dağıtmaq lazım deyildi"

Vladimir Putin: "SSRİ-ni dağıtmaq lazım deyildi"
24 Sentyabr 2016
Mətni dəyiş
"Transformasiya keçirmək, həmçinin demokratik xarakterli dəyişikliklər etmək olardı".
"Sovetlər İttifaqını dağıtmaq lazım deyildi, demokratik dəyişikliklər yolu ilə də getmək olardı. Lakin Kommunist Partiyası ölkə üçün dağıdıcı ideyaları davam etdirdi".
Bu sözləri Rusiya prezidenti Vladimir Putin Duma seçkilərinin ardından Kommunist Partiyası lideri Gennadiy Zyuganov daxil parlamentin alt qanadında təmsil ediləcək partiyaların liderləri ilə görüşündə deyib: "SSRİ-nin dağılması haqqında nə düşündüyümü bilirsiniz. Bunu etmək vacib deyildi. Transformasiya keçirmək olardı, həmçinin də demokratik xarakterli dəyişikliklər etmək olardı".
"Lakin nəzərinizə çatdırmaq istəyirəm ki, həmin dövrdə SSRİ-nin rəhbərliyində Kommunist Partiyası idi. Millətçilik ideyaları, yaxud istənilən dövlət üçün məhvedici mahiyyət daşıyan digər ideyaları yayan başqa bir partiya yox, kommunistlər idi", - deyə Vladimir Putin bildirib.
Putin daha əvvəl də SSRİ lideri Vladimir Leninin hərəkətlərinin tarixi Rusiyanın dağılmasına səbəb olduğunu söyləmişdi.
Putin, Lenin və ondan sonrakı SSRİ lideri Stalin arasındakı mübahisələrin "SSRİ-nin altına atom bombası yerləşdirdiyini" ifadə etmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun