Vəkilin ölkədən çıxışına qoyulan qadağa qüvvədə qaldı

Vəkilin ölkədən çıxışına qoyulan qadağa qüvvədə qaldı
23 Sentyabr 2016
Mətni dəyiş
Sentyabrın 22-də Sumqayıt Apellyasiya Məhkəməsində vəkil Əsabəli Mustafayevin ölkədən çıxışına ikinci qadağa qoyulması barədə məhkəmə qərarından verdiyi apellyasiya şikayətinə baxılıb.
Şikayət təmin olunmayıb.
Bu barədə vəkil sosial şəbəkədə məlumat verib:
"Halbuki arqumentlərim çox ciddi idi. Ən əsası isə Vergilər Nazirliyinin rəhbərlik etdiyim QHT-ə əlavə vergi hesablanması barədə qərardan şikayət verdiyim üçün qüvvəyə minməyib. Qüvvəyə minməmiş qərara görə isə nə təşkilat, nə də rəhbəri məsuliyyət daşıya bilməz. Acınacaqlı haldır ki, hüquq müdafiəçilləri, vəkillər digərlərinin hüquqlarını müdafiəsi ilə yanaşı, həm də öz hüquqlarını müdafiə etməli olurlar, maddi itkilərə məruz qalırlar. Hal-hazırda mən və rəhbərlik etdiyim təşkilat ilə bağlı 5 qurumda araşdırma gedir: prokurorluq, Nəsimi rayon Məhkəməsi, Sumqayıt İnzibati-İqtisad Məhkəməsi, Sumqayıt Apellyasiya Məhkəməsi (indi Ali Məhkəmə) və Avropa Məhkəməsi. Sonra da deyirlər ki, bizdə vətəndaş cəmiyyəti qurumlarında heç bir problem yoxdur".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun