Türkiyədə məhkəmədən 8 millət vəkili üçün "zorla gətirmə" qərarı

Türkiyədə məhkəmədən 8 millət vəkili üçün "zorla gətirmə" qərarı
5 Sentyabr 2016
Mətni dəyiş
Diyarbakırda məhkəmə, 8 millət vəkilinin məhkəməyə zorla gətirilməsinə dair əmr verib.
Millət vəkilləri arasında Osman Baydemir, Ahmet Yıldırım Besime Konca, Çağlar Demirel, Dirayet Taşçı, Alican Ünlü və Nadir Yıldırım var.
Mühakimə olunan, ancaq toxunulmazlıqları olduğu üçün ifadələri alınmayan millət vəkillərinin toxunulmazlığı barədə qərar ləğv olunub.
Səkkiz HDP-li millət vəkilinin mühakiməsi Diyarbakır 2-ci Ağır Cəza Məhkəməsində bazar ertəsi başlayıb. Onlar məhkəməyə gəlmədikləri üçün, barələrində ora zorla gətirilmə qərarı verilib. Bundan başqa məhkəmə, HDP lideri Selahattin Demirtaşın qardaşı Nurettin Demirtaş və digər 20 şəxs haqqında həbs əmrinin yerinə yetirilməsini təxirə salıb.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun