“Times Square öpüşü” fotoşəkilindəki tibb bacısı vəfat edib

“Times Square öpüşü” fotoşəkilindəki tibb bacısı vəfat edib
11 Sentyabr 2016
Mətni dəyiş
“Times Squre öpüşü” fotoşəkilindəki həmin o tibb bacısı olduğunu iddia edən Qreta Fridman 92 yaşında vəfat edib. Bu barədə The New York Times xəbər verir.
Fox News, Fridmanın 8 sentyabr, çərşənbə axşamı, Riçmond şəhər xəstəxanasında vəfat etdiyini qeyd edir. Qretanın oğlu Couş Fridmanın sözlərinə görə, anası son zamanlar bir sıra xəstəliklərdən, həmçinin pnevmaniyadan da əziyyət çəkirdi. Reuters, qadının həyat yoldaşının yanında Vaşinqtondakı Arlinqton qəbirstanlığında torpağa tapşırılacağını bildirib.
“Time Square öpüşü” fotoşəkili “Yaponiya üzərində qələbə günü Times Square” və ya “Matros tibb bacısını öpür” adı ilə məşhurdur. Fotoşəkil 4 avqust 1945-ci ildə, Nyu Yorkda qələbəni qeyd edən izdihamlı kütləni çəkən Alfred Eyzenşteynə aiddir. Bir həftə sonra Life jurnalında çap edilmiş bu fotoşəkil XX əsrin qələbəni əks etdirən simvollarından birinə çevrilib.
Həmin gün Time Square-də Eyzenşteyn gənclərdən oların adlarını soruşmağı çatdırmır. Bundan sonra üç qadın- Qreta Fridman, Barbara Sokol və Edit Şeyn özlərinin həmin tibb bacısı olduqlarını iddia edir. Matroslara gəlincə, bir neçə müharibə veteranı şəkildəki gəncin o olduğunu deyib. Bunlar Qlen Makdaffi və Corc Mendosdur.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun