Təşviqat qrupları ödənişsiz efir vaxtından imtina ediblər

Sentyabrın 26-da keçiriləcək ümumxalq səsverməsi (referendum) ilə bağlı qeydə alınan təşviqat qrupları ödənişsiz efir vaxtından imtina ediblər.
«Report» bu xəbəri təşviqat qruplarına istinadən yayıb.
Seçkiqabağı təşviqat sentyabrın 3-dən başlayıb. Lakin qeydə alınan «Yeni Azərbaycan», «Vətəndaş Cəmiyyəti» və «Bələdiyyə» təşviqat qrupları bununla bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etməyiblər.
«Yeni Azərbaycan» təşviqat qrupunun təsisçisi Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətindən bildirilib ki, səlahiyyətli nümayəndələr bütün regionlarda seçicilərlə görüşlər keçirirlər. Bundan başqa, «Yeni Azərbaycan» təşviqat qrupu MSK-nın ayırdığı lövhələrdə təşviqat materialları yerləşdirib.
Xəbərdə «Vətəndaş Cəmiyyəti» və «Bələdiyyə» təşviqat qruplarından da oxşar cavablar verildiyi bildirilir.
Hər üç təşviqat qrupu Konstitusiyaya dəyişikliklərin lehinə təbliğat aparır. Referendumun əleyhinə olan təşviqat qrupu yoxdur.
MƏNBƏReport.az
Əvvəlki məqaləAzərbaycanda ilkin peşə təhsili ilə bağlı yeni qanun hazırlanır
Növbəti məqalədəKutaisidə 1 mlrd avro dəyərində 60 min tələbəlik universitet şəhərciyi salınacaq