SOCAR neçəyədir?

SOCAR neçəyədir?
20 Sentyabr 2016
Mətni dəyiş
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) sədri Rüfət Aslanlı SOCAR-ın özəlləşdirilməsini təklif edib.
Bu gün SOCAR ilk istiqrazların təqdimatında o, bəyan edib ki, bu, başlanğıcdır, gələcəkdə kütləvi səhm buraxılışı olacaq. "Bir neçə il əvvəl şirkətin prezidnti Rövnəq Abdullayev ilə danışıqlar olub, ideya həyata keçiriləndir", deyə o bildirib.
Aslanlının sözlərinə görə, MBNP SOCAR-ın öhdəliklərinə əməl etməsinə nəzarət edəcək.
Ekspertlərin fikrincə, bu, mübahisəli məsələdir. Çünki şirkətə 100% ölkə prezidenti nəzarət edir. Ona görə özəlləşdirmə onun iradəsindən asılıdır.
Bundan başqa, SOCAR-ın aktivləri, o cümlədən xaricdəki törəmələrinin aktivləri qiymətləndirilməlidir. Həmçinin nəzarət paketinin dövlətin əlində qalacağı ehtimal olunur.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun