SOCAR ilk dəfə daxili qiymətli kağızlar bazarına müraciət edib

SOCAR ilk dəfə daxili qiymətli kağızlar bazarına müraciət edib
11 Sentyabr 2016
Mətni dəyiş
Sentyabrın 20-dən, Neftçilər günündən SOCAR şirkəti kütləvi təklif yolu ilə illik gəlirliliiyi 5% olan korporztiv istiqrazlar yerləşdirməyə başlayacaq.
Nominalı 1000 dollar olan korporztiv istiqrazlar Bakı Fond Birjası vasitəsilə yerləşdiriləcək. İnvestorlar sifarişləri №№ 1 və 5 “ASAN Xidmət” mərkəzlərində verə bilərlər, deyə xüsusi saytda (http://socaristiqraz.az/) bildirilir.
“Texnika Kapital” investisiya şirkətində Turan-a deyiblər ki, onların ehtimalına görə, SOCAR cəmi tədavül müddəti 3-5 il olan $100 mln istiqrazlar yerləşdirəcək.
«SOCAR Avropa fond bazarlarında illik gəlirliliiyi 5% olan QK yerləşdirilməsi üzrə zəngin təcrübəyə malikdir. Hazırda kommersiya banklarının dollar əmanətləri üzrə dərəcəsi 3%-dir. Ona görə SOCAR-ın QK-a investorların marağı gözlənilir», deyə “Texnika Kapital” ASC-nin analitiki bildirib.
SOCAR istiqrazların təqdimatı 16 sentyabrda olacaq.
SOCAR QK yerləşdirilməsini bu il oktyabrın 10-da başa çatdırmağı planlaşdırır. Faizlərin ödənişi rübdə bir dəfə olacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun