Siyasi məhbus atasının dəfnində iştirak etməyə buraxılmır

Siyasi məhbus atasının dəfnində iştirak etməyə buraxılmır
4 Sentyabr 2016
Mətni dəyiş
Sentyabrın 3-də AXCP sədrinin həbsdə olan müşaviri, Məmməd İbrahimin atası dünyasını dəyişib. Bu barədə məlumatı Məmməd İbrahimin oğlu Turan İbrahim sosial şəbəkədə yayıb.
Məlumatda bildirilir ki, 16 saylı Cəzaçəkmə müəssisəsinin rəhbərliyi və Penitensiar xidmətə dəfələrlə müraciət edilməsinə baxmayaraq, Mammad İbrahimə atasının dəfnində iştirak etmək üçün icazə verilməyib.
Turan İbrahim deyib ki, istədikləri vaxt qanunsuz adam saxlayıb, istədikləri saatda qanunsuz məhkəmə keçirənlər belə vəziyyətdə bazar gününü bəhanə edirlər:
"Halbuki qanunda göstərilir ki, bu tip ərizələrə təxirə salınmadan baxılmalıdır. Deyiləcək söz yoxdur. Çox yox, bir qram vicdan arzu edirəm sizlərə. Etdiyiniz bütün vicdansızlıq və qanunsuzluqlara bir gün qanunla cavab vərəcəksiniz".
Məmməd İbrahim AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında ötən il, sentyabrın 30-da həbs olunub. Mikayıl Quliyevi vurmaqda ittiham olunan Məmməd İbrahimə CM-in 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.
Bir müddət sonra daha iki nəfər - Oruc Vəliyev və Məhəmməd Qurbanov da şikayət verərək bildiriblər ki, insident zamanı ayırmaq istərkən Məmməd İbrahim onları da vurub.
Bundan sonra Məmməd İbrahimə ittiham maddəsi ağırlaşdırılıb və CM-in 221.2.2-ci maddəsinə tövsif olunub. O, 3 il azadlıqdan məhrum edilib. Məmməd İbrahim ittihamı qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun