Siqaretlərin qiyməti yenidən qalxdı - siyahı

Siqaretlərin qiyməti yenidən qalxdı - siyahı
5 Sentyabr 2016
Mətni dəyiş
Azərbaycanda bir çox siqaretin qiymətində yenidən 20-50 qəpik artım baş verib. 
Abzas.net xəbər verir ki, mağaza və satış məntəqələrində siqaretlərin qiymətində yenidən bahalaşma olub. Mağazalardan qiymət artımını firmaların siqaretləri baha gətirməsi ilə əlaqələndirirlər. Ümumilikdə əvvəlki satış qiyməti 3 manatdan yuxarı olan siqaretlər 30-50 qəpik, 3 manatdan aşağı olanlar isə 20 qəpik bahalaşıb.
Qeyd edək ki, keçən ilin dekabrın 21-i Azərbaycanda baş verən devalvasiyadan sonra üçüncü dəfədir siqaretlərin qiyməti qalxır. Birinci dəfə 21 dekabr devalivasiyasından sonra, ikinci dəfə bir həftə əvvəl - 29 avqustda və üçüncü dəfə bu gün. Siqaretlərin yeni qiymətlərini təqdim edirik:
Yava, More, Prima - 1.40 azn (əvvəlki qiymət 1.20 azn)
Winchester, Classic (qalın) - 1.60 (1.40)
Winchester, Classic  (compact) - 1.70 (1.60)
LD (qalın), Classic (nazik) - 1.80 (1.60) 
LD (compact - təzə), West (compact) - 2 (1.7) 
Rothmans, LD (compact), PS - 2.50 (2.30)
LD (nazik), West (mikro), West (aktiv) - 2.80 (2.60)
Winston - 3 (2.80)
Kent - 3.30 (3) 
Sobranie - 3.60 (3.30)
Sobranie (qalın) - 5.50 (5)
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun