Şimon Pereslə vida mərasimi keçirilir

Şimon Pereslə vida mərasimi keçirilir
30 Sentyabr 2016
Mətni dəyiş
Onlarla dünya lideri Şimon Peresin, ölkəni quran atalardan birinin dəfn mərasiminə qatılmaq üçün İsrailə toplanır.
İsrail baş naziri Benjamin Netanyahu çıxışında Şimon Peresi "dünyanın böyük insanı" adlandırıb.
ABŞ prezidenti Barack Obama deyib ki, Fələstin lideri Mahmud Abbasın mərasimdə iştirakı "yarımçıq qalmış sülh işinə" işarədir.
obama
Mərasim iştirakçıları arasında 2010-cu ildən bu yana İsrailə ilk dəfə səfər edən Fələstin lideri Mahmoud Abbas da var.
Mərasimdən öncə təhlükəsizlik tədbirləri gücləndirilib, bir neçə nəfər həbs edilib.
Çərşənbə günü, 93 yaşında dünyasını dəyişən cənab Peresin rəsmi dəfn mərasimi cümə günü keçirilir.
Cənab Abbas Fələstin Liberal Təşkilatının danışıqlar aparan nümayəndəsi kimi 1993-cü ildə, Osloda sülh sazişini imzalayanlardan biri olub və bu sazişə görə bir il sonra cənab Peres, Yasser Arafat və Yitzhak Rabin-lə birlikdə Nobel Sülh mükafatı aldı.
peres
Fələstinin yüksək çinli rəsmisi Associated Press xəbər agentliyinə deyib ki, cənab Abbas mərasimdə iştirakı ilə "İsrail cəmiyyətinə güclü bir mesaj göndərmək istəyir ki, fələstinlilər sülhə həmişə hazırdır və Şimon Peres kimi sülhsevər insanların səylərini dəstəkləyir".
Hazırda Gaza ərazisini idarə edən Fələstinin radikal Hamas təşkilatının sözçüsü cənab Abbasa çağırış edərək deyib ki, "o, kriminal Şimon Peresin dəfn mərasiminə qatılmaq qərarından dönməlidir".
[caption id="attachment_10819" align="alignnone" width="1200"]mahmud-abbas Mahmud Abbas[/caption]
Ən böyük mərasim
Cənab Peresin reputasiyası 1996-cı ildə, Livanın cənubunda yerləşən Qananı atəşə tutan zaman BMT-yə məxsus lagerdə sığınan 100 nəfərin ölümü hadisəsindən sonra pisləşib.
Bu hadisə o, baş nazir olan vaxtı baş vermişdi. Bir qədər sonra o demişdi ki, bir neçə yüz insanın həmin lagerdə olması "acı sürpriz" idi.
Yaxın Şərq ölkələrindən yalnız İordaniya dəfn mərasiminə qatılmaq üçün rəsmi nümayəndəsini göndərir.
Cənab Peresin 3 uşağı, İsrailin baş naziri və prezidenti ilə yanaşı ABŞ prezidenti Barack Obama da mərasimdə çıxış edəcək.
Cənab Peres dəfn mərasiminin detallarını dünyasını dəyişməzdən öncə deyib. Onun cənazəsi Yerusəlimdə parlament binasının qarşısında qoyulub.
peres-defn
Dəfn mərasiminə Böyük Britaniyadan Prince Charles, xarici işlər naziri Boris Johnson və sabiq baş nazir Tony Blair qatılacaq. Bununla yanaşı, Avropa Şurası, Fransa, Almaniya, Latviya, Litva, Meksika, Polşa və Rumınya prezidentləri, o cümlədən BMT rəhbəri Ban Ki-moon da mərasimə qatılanlar sırasındadır.
İsrail polisi deyib ki, təhlükəsizlik əməliyyatına 8000 əməkdaş cəlb olunub və dəfn mərasimində əlavə minlərlə əməkdaşın cəlbi gözlənilir.
Dəfn mərasiminin 1995-ci ildə qətlə yetirilən baş nazir Yitzhak Rabin-in dəfnindən sonra İsraildə baş tutacaq ən böyük mərasim olacağı gözlənilir.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun