Sentyabrın 1-dən daha bir neçə marşrut kart sisteminə keçir

Sentyabrın 1-dən daha bir neçə marşrut kart sisteminə keçir
1 Sentyabr 2016
Mətni dəyiş
Sentyabrın 1-dən Bakı şəhərində bir neçə xətt üzrə fəaliyyət göstərən marşrutlar da "Bakı Kart" sisteminə qoşulur. 
Bu barədə "Xaliq Faiqoğlu" şirkətindən açıqlama verilib. Bu şirkətin avtobuslarının işlədiyi 18, 61, 65, 79, 85 və 96 saylı marşrut xətlərində bundan sonra nağd ödənişlər qəbul olunmayacaq, yalnız kart vasitəsilə elektron ödənişlə gediş mümkün olacaq. Şirkət bununla bağlı artıq sərnişinlərə xəbərdarlıq ünvanlayıb.
Qeyd edək ki, indiyə qədər "Bakı Kart"ından ancaq Bakı metrosunda və "BakuBus" avtobuslarında istifadə olunurdu.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun