Samsung Galaxy Note 7 ilə təyyarəyə minmək qadağan edilib

Samsung Galaxy Note 7 ilə təyyarəyə minmək qadağan edilib
14 Sentyabr 2016
Mətni dəyiş
İsveç, Danimarka və Norveçin birgə hava yolları şirkəti olan Skandinaviya Hava Yolları (SAS) Samsung-un bazara çıxardığı yeni ağıllı telefonu Galaxy Note 7 ilə təyyarəyə minməyə qadağa qoyub.
SAS-ın mətbuat xidməinin rəhbəri Fredrik Henriksson batareyası partladığı üçün Galaxy Note 7 üçün qadağa tətbiq etdiklərini bildirib. O, açıqlaması zamanı, Samsung Galaxy Note 7 istifadəçilərinin cihazları ilə birlikdə təyyarəyə heç bir şəkildə minməməsi və təyyarənin baqajına verməməsi lazım olduğunu bildirib.
Henriksson, bu qadağanın təyyarənin yanğın riskinə qarşı görülən tədbir olduğunu qeyd edərək, sərnişinlərin təhlükəsizliyi üçün belə qərar verdiklərini və sərnişinlərin onları başa düşəcəklərinə ümid etdiyini ifadə edib.
SAS Hava Yollarından sonra Norveç Hava Yolları da sərnişinlərin Samsung Galaxy Note 7 ilə təyyarəyə minməsini qadağan edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun