Saday Şəkərli kassasiya şikayəti verib

Saday Şəkərli kassasiya şikayəti verib
15 Sentyabr 2016
Mətni dəyiş
Şair Saday Şəkərli barəsində olan hökmdən kassasiya şikayəti verib.
Bu barədə şairin vəkili Bəhruz Bayramov məlumat verib.
Vəkil bildirib ki, şikayət Ali Məhkəməyə təqdim edilib. Kassasiya şikayətində onun barəsində bəraət hökmünün çıxarılması istənilib.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S. Şəkərli 10 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti isə qismən təmin olunaraq onun ittiham olunduğu Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak ələ keçirmək məqsədi ilə törədildikdə)maddəsi 182.2.4-cü (zərərçəkmiş şəxsə xeyli ziyan vurmaqla törədildikdə) maddəsinə tövsif edilib və cəzası 10 ildən 5 ilə endirilib.
S. Şəkərli Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun