Şənbə gününə olan hava proqnozu açıqlanıb

Şənbə gününə olan hava proqnozu açıqlanıb
9 Sentyabr 2016
Mətni dəyiş
Bakı və Abşeron yarımadasında sentyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Səhər və gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz yarımadanın bəzi yerlərində arabir güclənəcək.
Ekologiya və Təbii Sərvətlər Naziriyindən verilən məlumata görə, havanın temperaturu yarımadada gecə  19-22° isti, gündüz 25-29° isti, Bakıda gecə  20-22° isti, gündüz 25-29° isti olacağı gözlənilir.
Atmosfer  təzyiqi 750  mm  civə sütunundan 762 mm civə sütununa yüksələcək.
Nisbi rütubət gecə 65-75%, gündüz 45-55% təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza əsasən, sentyabrın 10-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü metehəssas insanlar üçün nisbətən əlverişlidir. Sentyabrın 11-12-də komfort hava şəraiti gözlənilir.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 16-21° isti, gündüz 25-30° isti, dağlarda gecə 9-14° isti, gündüz 16-21° isti olacağı gözlənilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun