Rusiya və Belarus Suriyaya humanitar yardım göndərib

Rusiya və Belarus Suriyaya humanitar yardım göndərib
23 Sentyabr 2016
Mətni dəyiş
Rusiyanın Suriyadakı atəşkəsi izləmə mərkəzi Belarus səfirliyi ilə əməkdaşlıq edərək Hələb şəhərinə 23 ton humanitar yardım aparıb.
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada, "Belarus səfirliyi ilə əməkdaşlıq nəticəsində Suriyanın Hələb şəhərinə ayrılıqda iki dəfə humanitar yardım edilib", - deyə bildirilib.
Yardımların Hələbdə yerləşən universitet xəstəxanası, iki klinika və sığınacaq axtaran şəxslər üçün yaradılan düşərgəyə götürüldüyü qeyd edilib.
Xatırladaq ki, BMT-nin Hələbə humanitar yardım daşıyan konvoyuna bazar günü hücum edilmiş, nəticədə 31 yük maşınından 18-i zərər görmüş və ən az 21 nəfər həyatını itirmişdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun