Rusiya təyyarələri Hələbi bombalayıb

Rusiya təyyarələri Hələbi bombalayıb
8 Sentyabr 2016
Mətni dəyiş
Rus döyüş təyyarələrinin Suriyanın şimalındakı Hələbdə müxaliflərin nəzarətində olan Sukkeri səmtinə təşkil etdiyi hava hücumu nəticəsində ilk məlumatlara görə 28 nəfər ölüb, 57 nəfər isə yaralanıb.
Mülki müdafiə rəsmisi Nəcib Ənsari verdiyi açıqlamada bildirib ki, rus təyyarələri Sukkeri bölgəsinə ardıcıl üç dəfə hava hücumu təşkil edib.
Yaşayış yerlərinin bombalanadığını söyləyən Ənsari, ''Rus təyyarələri son günlərdə Hələbin cənub tərəfindən vətəndaşların sıx olaraq yaşadığı əraziləri hədəf alır. Bu gün baş verən hücumlarda 28 nəfər ölüb, 57 nəfər yaralanıb. Bu insanların çoxu qadın və uşaqdır. Eyni zamanda çoxlu sayda dağıntı var", - deyə qeyd edib.
Mülki müdafiə qüvvələrinin dağılan binaların altında qalan ölü və yaralıların çıxarılmasına çalışdığını vurğulayan Ənsari, hadisədə yaralananların səhra xəstəxanalarına yerləşdirildiyini bildirib.
Qeyd edək ki, Suriya ordusuna aid hərbi vertolyotun dünən Sukkeri səmtindəki yaşayış yerinə xlor qazı tərkibli çən bombası atması nəticəsində 100 nəfər qazdan zəhərlənib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun