Roma Papasının Azərbaycana səfəri “Hamımız qardaşıq” şüarı altında baş tutacaq

Roma Papasının Azərbaycana səfəri “Hamımız qardaşıq” şüarı altında baş tutacaq
7 Sentyabr 2016
Mətni dəyiş
Roma Papasının Azərbaycana planlaşdırılmış səfəri “Hamımız qardaşıq” şüarı altında baş tutacaq.
Bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
Məlumata görə, Roma Papası Fransisk Qafqaza sentyabrın 30-dan oktyabrın 2-dək davam edəcək ikinci apostol səfəri çərçivəsində Gürcüstan və Azərbaycana gələcək.
““Hamımız qardaşıq” şüarı “Matfeydən İncil”də yer almış kəlamlardan (23,8) və roma-katolik kilsəsinin “bütün insanlar vahid ailənin bir hissəsidir, qardaşlığa və dostluğa çağrılırlar”   təlimindən ilhamlanıb”, - deyə Müqəddəs Taxt-Tacın mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.
Məlumatda həmçinin qeyd olunur ki, səfərin loqotipi şüarın mahiyyətini əks etdirir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun