Referendumda "exit-poll" keçirəcək yerli və beynəlxalq təşkilatlar qeydə alınıb

Referendumda "exit-poll" keçirəcək yerli və beynəlxalq təşkilatlar qeydə alınıb
7 Sentyabr 2016
Mətni dəyiş
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçirilib
İclasda Konstitusiyaya dəyişikliklə əlaqədar sentyabrın 26-a təyin edilmiş referendumda "exit-poll" keçirmək üçün müraciət etmiş təşkilatların müraciətlərinə baxılıb.
MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, “Els" Müstəqil Araşdırmalar Mərkəzi 118 seçki dairəsində 400 seçki məntəqəsində, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “Artur Finkelşteyn və Assosiasiya” şirkəti ilə birlikdə 100 seçki dairəsi üzrə 450 seçki məntəqəsində, Vətəndaş Cəmiyyəti uğrunda Müstəqil Məsləhət və Yardım Mərkəzi Fransanın “Opinion Way” təşkilatı ilə birlikdə 118 seçki dairəsi üzrə 152 seçki məntəqəsində "exit-poll" keçirmək üçün müraciət edib.
MSK "exit-poll" keçirmək istəyən bu təşkilatları qeydə alıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun