Putin İslam Kərimovun məzarını ziyarət edib - FOTO - VİDEO

Putin İslam Kərimovun məzarını ziyarət edib - FOTO - VİDEO
6 Sentyabr 2016
Mətni dəyiş
Rusiya prezidenti Vladimir Putin 79 yaşında vəfat edən Özbəkistan prezidenti İslam Kərimovun məzarını ziyarət etmək üçün Səmərqəndə gedib.
Əvvəlcə Kərimovun məzarını ziyarət edən Putin, daha sonra prezidentin evinə gedərək onun həyat yoldaşı Tatyana Kərimova və qızı Lola Kərimova Tillyayevaya başsağlığı verib.
Putin Özbəkistan Baş naziri Şövkət Mirziyoyevlə keçirdiyi görüşdə bildirib ki, İslam Kərimovun ölümü çox ağır hadisə və böyük itkidir: "Kərimovun təməlini atdığı hər şeyin davam etdiriləcəyinə ümid edirik. Biz öz bucağımızdan qarşılıqlı inkişafımızı, özbək xalqını və özbək hökumətini dəstəkləmək üçün hər şeyi etməyə hazırıq. Bizə ən etibarlı dostlarınızdan biri olaraq tamamilə arxalana bilərsiniz".
Xatırladaq ki, Rusiya prezidenti Çində təşkil edilən "G20 Liderlər Sammiti"ndə iştirak etdiyi üçün, Özbəkistan prezidenti İslam Kərimovun dəfninə baş nazir Dmitriy Medvedev qatılmışdı.
putin1 putin4

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun