"Pomidor-xiyar" pulu yığan DTX rəisi işdən çıxarılıb?

"Pomidor-xiyar" pulu yığan DTX rəisi işdən çıxarılıb?
9 Sentyabr 2016
Mətni dəyiş
Bloqqer Mehman Hüseynova zəng edib "pomidor-xiyar" pulu tələb edən DTX-nın Şabran rayon şöbəsinin rəisi işdən çıxarılıb. Bu barədə Mehman Hüseynov sosial şəbəkədə məlumat yayıb. 
Ona zəng edib bildiriblər ki, bir neçə gün əvvəl Şabran rayonun DTX rəisini məlum hadisəyə görə işdən qovublar:
"Həyatın taleyinə baxın, bəlkədə həmin rəis rayonda min cür hoqqalardan çıxırdı, kef edirdi, vətəndaşları incidirdi və bir gün səhv bir zəngə görə, Mehman adlı vətəndaşa görə, hansısa "xiyar-pomidora" görə hər şeyini itirir və qalır heçnəsiz".
Buna da baxın: Dövlət Təhlükəsizlik Xidməti “pomidor-xiyar pulu” yığır?
Dövlət Təhlükəsizlik Xidmətindən məsələyə münasibət almaq mümkün olmayıb.
Qeyd edək ki, Mehman Hüseynov Şabranda deputat Tahir Süleymanovun villasından reportaj hazırlayandan sonra DTX-nın rayon şöbəsindən ona zəng edib pomidor-xiyar pulu tələb ediblər. Sonra məlum olub ki, rayon DTX şöbəsi başqa Mehmanla jurnalist Mehmanın nömrələrini səhv salıb və ona zəng edib pul tələb ediblər.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun