Polis su ilə əylənən gəncləri saxlayıb - video

Polis su ilə əylənən gəncləri saxlayıb - video
1 Sentyabr 2016
Mətni dəyiş
Bir qrup gənc avqustun 31-də Bakının mərkəzində əyləncə xaratkerli flaşmob keçirərkən polis heç bir ciddi səbəb göstərmədən gənclərin bir neçəsini saxlayıb.
Gənclər Dağüstü parkın ərazisində plastik butulkalar, sellofanlarla bir birlərini sulayaraq əylənirdi. Əraziyə gələn post patrul xidmətinin əməkdaşları heç bir xəbərdarlıq etmədən həmin gəncləri polis maşınına mindirib, bölməyə aparıb.
2 saat bölmədə saxlanandan sonra gənclər sərbəst buraxılıblar. Polis həmin gəncləri niyə saxladıqları barədə hər hansı məlumat açıqlamayıb. Hadisə ilə bağlı videonu təqdim edirik.
[video width="1280" height="720" mp4="http://abzas.net/wp-content/uploads/2016/09/10000000_1765852413690507_894841467_n.mp4"][/video]  

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun