Özbəkistanı alternativ, amma nəticəsi təxmin edilən seçkilər gözləyir

Özbəkistanı alternativ, amma nəticəsi təxmin edilən seçkilər gözləyir
5 Sentyabr 2016
Mətni dəyiş

Özbəkistan prezidenti İslam Kərimov şənbə günü Səmərqənddə dəfn edildi. Dəfn mərasimində 17 ölkədən olan nümayəndə heyəti də iştak edirdi.

Rəsmi olaraq avqustun 27-də insult keçirmiş 78 yaşlı Kərimovun ölümü haqqında Özbəkistan hökuməti sentyabrın 2-si axşam məlumat versə də, “Fergana” informasiya agentliyi prezidentin 29 sentyabrda öldüyünü qeyd edirdi. Yeni seçkilərə qədər prezident postu senat sədri Niqmatilla Yuldaşevə keçdi.

“Fergana” informasiya agentliyinin baş redaktoru Danil Kislov hesab edir ki, Özbəkistanın növbəti prezidenti İslam Kərimovun dəfninin təşkili komissiyasına rəhbərlik edən baş nazir Şavkat Mirziyayev olacaq:

“Bu Özbəkistandır, şərq despotiyası. Sürprizlər  normal siyasət üçün tipik deyil. Burda prezidentin iki qızı bir-birinə müharibə elan edir, nəticədə biri qalib gəlir, digərini isə atasının dəfninə belə buraxmırlar”.

Hökumət konstitusiyaya uyğun hərəkət etməyi seçib. Üç aydan sonra seçkilər olacaq – “qurama olsa da, alternativ”.

“Hər kəsi sakitləşdirən bir işarə var: siyasətdəki iki ən vacib ictimai fiqur – Mirziyoyev və baş nazirin müavini Rüstam Azimov dəfn mərasimində birlikdə idilər, Kərimovun nəşini məzara qədər apardılar. Ona görə də Azimovun həbsi barədə gəzən şaiyələr təsdiqlənməyib. Bizim məlumatlara görə isə onlar arasında Mirziyoyevin prezident olması halında Azimovin baş nazir təyin ediləcəyi ilə bağlı şifahi anlaşma olub. Seçkilər olmayan, hər şeyi bir ailənin müəyyən etdiyi ölkədə bu məntiqlidir”.

Azimov özbək hökümətində ən peşəkar siyasətçilərdən biri və Kərimovun “sevimlisi”dir. Kislov deyir:

“Onun həbsi sistemin dayanıqlılığına ciddi təsir edə bilərdi, amma çox az ehtimal vardır ki, onlar mübarizə aparacaqlar. Azimovun Kərimovun həyat yoldaşının, eləcə də Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Rustam İnyatovun dəstəklədiyi Mirziyoyev qədər səlahiyyəti, gücü və siyasi ağırlığı yoxdur”.

Ekspert xatırladır ki, Mirziyoyevin qızı biznesmen Alişir Usmanovun qardaşı oğlu ilə evlidir və onların ortaq biznes maraqları var.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun