OPEC ölkələri neft hasilatı ilə bağlı razılığa gəlib

OPEC ölkələri neft hasilatı ilə bağlı razılığa gəlib
29 Sentyabr 2016
Mətni dəyiş
OPEC ölkələri neft hasilatını 32,5 mln barrel səviyyəsində saxlamağa razılaşıblar. Razılıq cari ilin noyabr ayında qüvvəyə minəcək.
Razılıq 28, sentyabda OPEC ölkələrinin Əlcəzairdəki qeyri-rəsmi görüşündə əldə olunub.
Məhəmməd Barkindo hazırda bütün dünyada bütün depoların dolu, bu depolarda 3 mlrd barreldən çox neftin olduğunu bildirib.
Bir müddət əvvəl Venesuelanın Energetika naziri Eulogio Del Pino, bu ölkələrin razılığa gəlmədikləri halda neftin qiymətinin barrel üçün 20 dollara düşə biləcıyi ehtimalının olduğunu qeyd etmişdi.
Qeyd edək ki, hal-hazırda bu ölkələr gün ərzində 33,24 mln barrel neft çıxarma gücünə sahibdirlər.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun