NİDA Milli Şuranın mitinqində iştirak edəcək

NİDA Milli Şuranın mitinqində iştirak edəcək
9 Sentyabr 2016
Mətni dəyiş
Nida Vətəndaş Hərəkatının İdarə Heyəti Milli Şuranın 11 sentyabra təyin etdiyi mitinqdə iştirakla bağlı qərar qəbul edib. Bu barədə saytımıza hərəkatın idarə heyətindən məlumat verilib. 
Məlumatda qeyd edilib ki, Nida Vətəndaş Hərəkatı ölkədə baş verən özbaşınalıqlara, ailə hakimiyyətinin möhkəmlənməsinə, siyasi repressiyalara etiraz olaraq Milli Şuranın sentyabrın 11-i saat 17:00-a təyin etdiyi mitinqdə iştirak edəcək.
Hərəkat mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə edilən müraciətə cavabın gecikdirilməsini də pisləyib. Həmçinin, hərəkat vətəndaşları ölkənin gələcəyinə biganə qalmamağa çağırıb.
Qanunvericiliyə görə ən geci mitinqin keçirilməsinə üç iş günü qalmış mitinq müraciətinə cavab verilməlidir. Ancaq icra hakimiyyəti müraciətə cavabı gecikdirir.
Qeyd edək ki, Milli Şura 11 sentyabr saat 17:00-da “İnşaatçılar” metrostansiyası yaxınlığındakı “Məhsul” stadionuna mitinq təyin edib.
Milli Şuranın mitinqlə bağlı açıqlamasında deyilir: "Mitinq İcra Hakimiyyətilə razılaşdırılacaq. Gəlin, birlikdә ailə hakimiyyətinin ömürlük olmasına konstitusion “əsas” yaradılmasına, artıq dözülməz həddə çatmış sosial-iqtisadi problemlərə etiraz edək, ölkədə köklü islahatlar, “Monarxiyaya yox! Talana son!” tələb edək!”
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun