Nevadada Burning Man festivalı başa çatıb

Nevadada Burning Man festivalı başa çatıb
7 Sentyabr 2016
Mətni dəyiş

Yubiley, 30-cu "Azadlıq bayramı"na 70 000-ə yaxın iştrakçı qatılıb. 

Hər il keçirilən Burning Man Nevadada Black Rock səhrasında təşkil olunur. Festival səkkiz gün, avqustun son həftəsi və sentyabrın ilk günü keçirilir.

Festival 1986-cı ildə bir qrup insanın təşkil etdiyi əyləncə gecəsi kimi başlasa da, qatılanların sayı get-gedə daha da çoxalıb. Bu il iştrakçılarının sayı 70 000-a çatıb. 1995-ci ildən bəri keçirilən bütün festivalların öz mövzusu var. Belə ki, bu il keçirilən festival Leonardo DaVinçinin yaradıcılığına həsr olunub.

Black Rock City infrastrukturu və canlı küçələri olan əsl şəhərə bənzəyir. Əsas səhnələr, əyləncə məkanları bu küçələr ətrafında qurulur. Festival müddətində müasir incəsənət nümunələrindən sərgilər və teatr tamaşaları da təşkil olunur. Festivala biletlər yanvar ayında satışa çıxarılır. Biletlərin qiyməti 900$-1200$ arasıda dəyişir.

Təşkilatçılar festivalın konkret məqsədi olmadığını, onu özünüifadənin radikal olduğu cəmiyyəti yaratma cəhdi olduğununu qeyd edirlər. Burning Man festivalının prinsiplərindən biri də "iz saxlamamaq"dır. Bir həftə ərzində tikilmiş obyektlər, iştrakçıların Playa adlandırdıqları müvəqqəti şəhərdə olan hər şey sonda yandırılır. Festivalın pik nöqtəsi sonda taxtadan olan insan fiqurunun yandırılması olur ki, bu il yandırılan fiqur Leonardo DaVinçinin "Vitruvian Adam"ını xatırladır.

Fotolar: Jim Urquhart / Reuters

Burning ManBurning manBurning ManBurning Man7Burning ManBurning ManBurning Man8

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun