Nazir: "Gənclərin 9.7 faizi rəsmi işsizdir"

Nazir: "Gənclərin 9.7 faizi rəsmi işsizdir"
29 Sentyabr 2016
Mətni dəyiş
"Azərbaycanda gənclər arasında işsizlik səviyyəsi 9.7 faizdir".
Bu sözləri Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib.
Nazir BMT İnkişaf Proqramı rəhbərinin müavini, Avropa və MDB üzrə regional büronun direktoru Cihan Sultanoğlu ilə söhbətində Azərbaycanda məşğulluğun yaxşı səviyyədə olduğunu ifadə edib.
Nazir deyib ki, Azərbaycan BMT-nin rəyinə görə, bu seqmentdə məşğulluq üzrə ilk onluqdadır.
"Yeni iş yerləri yaradılanda qeyri-neft sektoruna xüsusi diqqət ayrılır. Birinci yarımildə 90 min iş yeri açılıb, bunun 78 mini daimidir",- deyə Səlim Müslümov əlavə edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun