Natiq Cəfərli apellyasiya şikayəti verib

Natiq Cəfərli apellyasiya şikayəti verib
9 Sentyabr 2016
Mətni dəyiş
Respublikaçı Alternativ (REAL) Hərəkatının icraçı katibi Natiq Cəfərli barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı məhkəmə qərarından apellyasiya şikayəti verib.
Bu barədə vəkil Cavad Cavadov məlumat verib.
Vəkilin sözlərinə görə, apellyasiya şikayətini Bakı Apellyasiya Məhkəməsinə təqdim edib, şikayətə yaxın günlərdə baxılacaq.
Xatırladaq ki, sentyabrın 6-da Nəsimi Rayon Məhkəməsində N.Cəfərli barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatətə baxılıb. Məhkəmə vəsatəti təmin etməyib.
Qeyd edək ki, Natiq Cəfərli avqustun 12-də saxlanılıb. Nəsimi rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay həbs qətimkan tədbiri seçilib.
Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, Natiq Cəfərli Cinayət Məcəlləsinin 192.1 (Qanunsuz sahibkarlıq) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui‐istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.
O, ittihamları qəbul etmir və REAL Cəfərlinin həbsini siyasi sifariş hesab edir. Beynəlxalq təşkilatlar hökuməti Cəfərlini həbsdən azad etməyə çağırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun