Müsavat Partiyasının MSK-dan şikayəti təmin edilməyib

Müsavat Partiyasının MSK-dan şikayəti təmin edilməyib
1 Sentyabr 2016
Mətni dəyiş
Sentyabrın 1-də Bakı Apellyasiya Məhkəməsində Müsavat Partiyasının "Respublika" təşəbbüs qrupunun qeydə alınmaması barədə Mərkəzi Seçki Komissiyasının (MSK) qərarından şikayətinə baxılıb. Şikayət təmin edilməyib.
Bu barədə Müsavat Partiyasının Mərkəzi Seçki Qərargahının sədri Gülağa Aslanlı məlumat verib.
Qeyd edək ki, MSK "Respublika" təşviqat qrupunun müdafiəsinə verilmiş 41 min 128 seçici imzasının 3 min 600-nün etibarsız olması barədə qərar çıxarıb.
Müsavat Partiyası Mərkəzi Seçki Komissiyasının qərarını "siyasi qərar" adlandırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun