Milli Şura Müsavatın mitinqinə dəstək verdi

Milli Şura Müsavatın mitinqinə dəstək verdi
15 Sentyabr 2016
Mətni dəyiş
Milli Şura 17 sentyabr mitinqinə hazırlığı müzakirə edib.
Milli Şuranın Koordinasiya Mərkəzi sentyabrın 14-də növbəti iclasını keçirib. İclasda MŞ-nın Konstitusiyaya dəyişikliklərlə bağlı referenduma və ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşmasına qarşı “Monarxiyaya yox, talana son!” şüarı ilə başladığı etiraz aksiyaları barədə fikir mübadiləsi aparılıb.
KM üzvləri bu xüsusda sentyabrın 11-də keçirilən mitinqin nəticələrini dəyərləndirib, 17 sentyabra təyin olunan mitinqə hazırlığı müzakirə edib. İclasda həmçinin, Müsavat Partiyasının da referenduma qarşı sentyabrın 18-nə mitinq təyin etdiyinə diqqət yetirilib.
KM ölkədə avtokratik rejimin möhkəmlənməsinə qarşı istənilən qanunauyğun təşəbbüsləri dəstəklədiyini, referendumla əlaqədar sentyabrın 18-nə təyin olunan mitinqin də hədəflərini, şüar və tələblərini düzgün hesab etdiyini, bu mitinqdə öz tərəfdaşlarının iştirakını məqsədəuyğun saydığını bəyan edib.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun