Manat xarici valyutalarla müqayisədə bahalaşıb

Manat xarici valyutalarla müqayisədə bahalaşıb
14 Sentyabr 2016
Mətni dəyiş
Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi sentyabr ayının 9-u ilə müqayisədə 0,8% azalaraq 1,6390 manat olub.
Avro manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,54% zəifləyərək 1,8398 manat olub.
Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası ötən günlə müqayisədə 1,56% azalaraq 0,0252 manat səviyyəsinə düşüb.
Türkiyə lirəsinin məzənnəsi 0,83% azalaraq 0,5496 manat təşkil edib.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1632 manatdır. Beləliklə, funt sterlinq 1,03%-lik ucuzlaşma nümayiş etdirib.
Gürcüstan larisinin məzənnəsi 0,08% azalaraq 0,7095 manat təşkil edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun