Manat tarixi anti-rekorda yaxınlaşıb

Manat tarixi anti-rekorda yaxınlaşıb
8 Sentyabr 2016
Mətni dəyiş
Azərbaycan Mərkəzi Bankı sentyabrın 7-nə manatın məzənnəsini elan edib. Dollara nisbətdə manat yenidən ucuzlaşıb.
Sentyabrın 7-nə məzənnə 1USD/1,6405AZN təşkil edib (sentyabrın 6-da 1,6362AZN olub). Manat 2016-cı il martın 11-də qeydə alınmış 1USD/1,6456 AZN tarixi antirekorduna yaxınlaşıb.
Mərkəzi Bank sentyabrın 6-da keçirilən növbəti valyuta hərracı zamanı kommersiya banklarının valyutaya tələbini açıqlayıb. Turan-ın məlumatına görə, tələb $588 mln olub.
Qeyd edək ki, Neft Fondu sentyabrın 6-da 30 banka $50 mln satıb.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun