Məzahir Pənahov: "MSK-ya səsvermə ilə bağlı hər hansı şikayət daxil olmayıb"

Məzahir Pənahov: "MSK-ya səsvermə ilə bağlı hər hansı şikayət daxil olmayıb"
27 Sentyabr 2016
Mətni dəyiş
"Mərkəzi Seçki Komissiyasına səsvermə ilə bağlı hər hansı şikayət daxil olmayıb".
Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə sentyabrın 26-da keçirilən ümumxalq səsverməsinin nəticələriilə bağlı keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, beynəlxalq müşahidə missiyaları səsvermənin gedişini müsbət qiymətləndiriblər: “Səsvermə yüksək səviyyə hazırlanıb və keçirilib. Biz dövlət orqanları ilə əməkdaşlıq edirik. Çünki seçkidə onların da üzərinə müəyyən məsuliyyət düşür. Həmin dövlət orqanlarına minnətdarlığımı bildirirəm. Onlar peşəkarcasına proseslərin idarə olunmasında iştirak etdilər”.
M.Pənahov qeyd edib ki, protokollar araşdırılacaq, şikayətlər daxil olacaqsa, MSK-a buna baxacaq.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun