Mərkəzi Bank hərrac zamanı banklardan 15 mln. manat cəlb edib

Mərkəzi Bank hərrac zamanı banklardan 15 mln. manat cəlb edib
6 Sentyabr 2016
Mətni dəyiş
Azərbaycan Mərkəzi Bankı depozit hərracında banklardan 15 milyon manat cəlb edib.
Mərkəzi Bankdan verilən məlumata görə, sentyabrın 5-də vəsaitlərin cəlb edilməsi üzrə keçirilən növbəti depozit hərracında tələb 15 milyon manat olub.
Hərrac nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 9,49% təşkil edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun