Kamran Ağayev Portuqaliyanın "Boavista" klubunda! - FOTO

Kamran Ağayev Portuqaliyanın "Boavista" klubunda! - FOTO
13 Sentyabr 2016
Mətni dəyiş
Azərbaycan milli komandasının qolkiperi Kamran Ağayev karyerasını Portuqaliyada davam etdirəcək.
Portuqaliyanın "Boavista" klubu Kamran Ağayevin transferi barədə məlumat yayıb.
Ağayevlə 1 illik müqavilə imzalanıb. Əldə edilən məlumata görə, "Boavista"ya sərbəst futbolçu kimi keçən Ağayev sabahdan etibarən yeni komandası ilə birlikdə məşqlərə başlayacaq.
Qeyd edək ki, "Boavista"da millimizin digər üzvü, yarımmüdafiəçi Emin Mahmudov da çıxış edir.
kamran-agayev

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun