Jeremy Corbyn yenidən İşçi Partiyasının rəhbəri seçildi - siyasi portret

Jeremy Corbyn yenidən İşçi Partiyasının rəhbəri seçildi - siyasi portret
26 Sentyabr 2016
Mətni dəyiş
İngiltərənin İşçi Partiyası Jeremy Corbyn-i yenidən öz lideri seçib. Müvafiq bəyanat partiyanın Liverpool şəhərində keçirdiyi qurultaydan sonra verilib.
Səsvermənin nəticələrinə əsasən Jeremy Corbyn-in namizədliyini 313.209 partiya üzvü dəstəkləyib. Onun rəqibi, sabiq jurnalıst Owen Smith isə 193.229 səs toplayıb.
Jeremy Corbyn partiyadaşlarına "dəstək və etimada" görə minnətdarlığını bildirib. O, opponenti ilə özünün vahid partiyaya mənsub olduğunu qeyd edib.
Yeni seçkilər təşəbbüsü ilə İşçi partiyasından millət vəkilləri çıxış ediblər. Onlar cənab Corbyn-i Brexit əleyhinə təbliğat kampaniyasının yarıtmaz təşkilində ittiham edir.
Vaxtilə "siyasi autsayder" və qatı "solçu" kimi tanınan Corbyn ötən ilkindən daha artıq səs çoxluğu ilə qələbə qazanıb.
Jeremy Corbyn ötən il keçirilən seçkilərdə səslərin 59,5 faizilə qələbə qazanaraq İşçi partiyasının lideri seçilib.
Hərçənd ki, onun namizədliyi partiya daxili çəkişmələr və qütbləşməyə səbəb olub, BBC təhlilində deyilir.
Solçu lider Corbyn-in portreti
Corbyn 1983-cü ildə ilk dəfə millət vəkili seçilməyindən sonra İşçi Partiyasında aktiv şəkildə solçulardan biri kimi önə çıxmışdı. Tələbə təqaüdlərindən heyvan haqlarına qədər bir çox sahədə fəaliyyət göstərib. Bu günə qədər bir çox kampaniyada fəal iştirakçı olub.
1980-ci illərdə Cənubi Afrikadakı "apartheid" rejiminə qarşı kampaniyaların öndəgedənlərindən biri olub və 1984-ci ildə bir aksiya zamanı polis tərəfindən saxlanılıb.
Fələstin Həmrəylik Kampaniyasının da üzvü olan Corbyn, Fələstin məsələsində də bir çox tədbirdə iştirak edib.
"Amnesty International" üzvü olan millət vəkili, Çilinin keçmiş diktatoru Augusto Pinochetin mühakimə edilməsi üçün aparılan kampaniyaya da qoşulub.
Uzun illər Birləşmiş İrlandiya fikrini müdafiə edən Corbyn 1984-cü ildə Sinn Fein (İrlandiyada siyasi hərəkat) lideri Gerry Adamsı Londona qonaq qismində dəvət etməsi və qarşılaması həm Mühafizəkar, həm də İşçi partyasının bəzi millət vəkilləri tərəfindən tənqid edilib.
Sonrakı illərdə Channel 4 telekanalında "Hamas" və "Hizbullah" təşkilatları haqqında "dostlarım" deməsi də ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb.
Corbyn İşçi Partiyasının 1997-2010 illərdə iqtidarda təmsil olunan partiyasının mövqelərini tez-tez tənqid edirdi.
Əfqanıstan və İraqa edilən hərbi müdaxilələrə qatı şəkildə etiraz edib, müharibə əleyhinə təbliğat kampaniyalarının fəal iştirakçısı olub.
15 fevral 2013-cü ildə İngiltərə tarixinin ən böyük etiraz aksiyası sayılan İraqdakı müharibə əleyhinə keçirilən yürüyüşün əsas təşkilatçılarından biri olub.
Corbyn bu yaxınlarda BBC-də yayımlanan bir verilişdə dönəmin baş naziri Tony Blairin mühakimə edilməsinin mümkün olduğunu bildirib.
İqtidarda olan Mühafəzakar Partiyasın özəlləşdirmə siyasətinə və İngiltərənin nüvə silahı proqramlarına qarşı çıxır. Corbyn iqtidara gələcəyi təqdirdə ödənilməmiş vergiləri yığacağını və varlıdan daha çox vergi alacağını vəd edir.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun