iPhone 7 gəlir

iPhone 7 gəlir
7 Sentyabr 2016
Mətni dəyiş
Texnologiya dünyasının maraqla gözlədiyi iPhone 7, bu gün ABŞ-ın San Francisco şəhərində tanıdılacaq.
Təqdimatın Bakı vaxtı ilə saat 21.00-da başlaması gözlənilir.
iPhone 7 modelinin dizaynı iPhone 6 modelinə bənzəyəcək olsa da, antena xəttlərinin dəyişikliyi başda olmaq üzrə kiçik toxunuşlar gözlənilir. Rəng fərqini da dizayn detalı olaraq saysaq, bu il iPhone 7-də iki yeni rəng variantı gözlənilir. Bunlardan biri qara, digəri isə mavi olacaq.
iPhone 7 və iPhone 7 Plus modellərinin eynilə Sony və Samsung markalarında olduğu kimi suya davamlı olacağı bildirilir. iPhone 6s modelinin təchizatında xüsusi örtmə vəsaiti istifadə edən Apple, iPhone 6s və iPhone 6s Plus modellərinin suya dayanıqlılığını artırmışdı. Yeni modeldə isə daha möhkəm dayanıqlılıq gözlənilir.
Yeni modeldə çox keyfiyyətli şəkillər və video çəkmək də mümkün olacaq.
Qeyd edək ki, “iPhone 7” 4K formatında saniyədə 60 kadr tezliyi ilə video çəkə biləcək ilk smartfon olacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun