İnkşafda olan ölkələr bu il rekord məbləğdə borc ala biləcək

İnkşafda olan ölkələr bu il rekord məbləğdə borc ala biləcək
7 Sentyabr 2016
Mətni dəyiş

İnkşafda olan ölkə şirkətləri vəsaitləri yatıra biləcəkləri yer tapa bilmədiklərinə görə daha çox borc öhdəliklərini azaldacaqlar.  

JPMorgan Chase məlumatlarına görə, inkşada olan ölkələr ilin sonuna qədər 125 mlrd dollardan çox borc cəlb edə bilərlər ki, məbləğin böyük bir həssəsi Latın Amerikası və Yaxın Şərq ölkələrinin payına düşəcək. İlk dəfə olaraq Səudiyyə Ərəbistanın qlobal kredit bazarına daxil olması buna imkan verəcək.

Bundan əlavə, 2001-ci ildə yaşadığı defoltla səbəbilə uzaqlaşmış Argentina da 15 ildən sonra bazara geri dönür. Onun obliqasiyalarının həcmi 16,5 mlrd dollar təşkil edir ki, bu da inkşafda olan bazar üçün rekord məbləğdir.

İnkşafda olan ölkələrin obliqasiyalarına son aylarda tələbin artması səbəbi, investorların Avrozona, Yaponiya və Böyük Britaniyada olan aşağı faizlərin fonunda daha gəlirli mənbə axtarmalarıdır. Bundan əlavə, Bank of America analitiki Merrill Lynch hesab edir ki, inkşaf edən bazarlarda obliqasiyaların qısa müddətdə satış təhlükəsi neftin qiymətinin aşağı düşməsi və investorların riskə meylliliyinin dəyişməsi ilə əlaqədardır.

İnkşafa olan ölkə şirkətlərinin isə bu il əksinə, xarici valyutada daha çox borc qaytaracağı gözlənilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun