İngiltərə və Şotlandiya qalib gəldi, Çexiya Şimali İrlandiya ilə sülhə razı oldu - VİDEO

İngiltərə və Şotlandiya qalib gəldi, Çexiya Şimali İrlandiya ilə sülhə razı oldu - VİDEO
5 Sentyabr 2016
Mətni dəyiş
DÇ-2018-in seçmə mərhələsi dünən keçirilən oyunlarla başlayıb.
Millimizin yer aldığı C qrupunda Çexiya ilə Şimali İrlandiya yığmaları üz-üzə gəlib. 90 dəqiqə ərzində komandalar qapılara yol tapa bilməyib və görüş 0-0 hesabı ilə yekunlaşıb.
Seçmə mərhələ çərçivəsində F qrupunda da oyunlar keçirilib. Qrupun əsas favoriti İngiltərə Slovakiya səfərinə yollanıb. Matç boyu üstün futbol nümayiş etdirən ingilislər əsas vaxta təyin edilmiş beşinci dəqiqədə ev sahibini mərkəzə dəvət edib: 0-1.
Qrupun digər matçında isə Malta yığması Şotlandiya millisini qəbul edib. Görüşün ilk hissəsi sülhlə yekunlaşsa da, ikinci 45 dəqiqədə Böyük Britaniya təmsilçiləri darmadağınla yadda qalıblar: 1-5.
Matçlardan hazırlanmış videoreportajları təqdim edirik.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun