İlham Əliyev: "Heç bir yerdən yardım almırıq və buna ehtiyacımız da yoxdur"

İlham Əliyev: "Heç bir yerdən yardım almırıq və buna ehtiyacımız da yoxdur"
4 Sentyabr 2016
Mətni dəyiş
"Əlbəttə ki, kənd təsərrüfatı ilə bağlı böyük işlər görülür, burada zavodlar fəaliyyət göstərir. Bu da çox önəmlidir. Son vaxtlar pambıqçılığa böyük dəstək verilir və bu, əhali tərəfindən yaxşı qarşılanır. 1970-1980-ci illərin əvvəllərində ulu öndər  Heydər Əliyevin fəal işi nəticəsində Azərbaycanda pambıqçılıq çox geniş vüsət almışdı".
Bu sözləri prezident İlham Əliyev Biləsuvarda əsaslı təmir və yenidənqurmadan sonra 132 çarpayılıq Mərkəzi Rayon Xəstəxanasında həyata keçirilmiş işlərdən sonra keçirilən açılış mərasimində deyib. 
"İnsanlar çox böyük maddi imkanlar əldə edib, Əfsuslar olsun ki, sonralar bu sahə yavaş-yavaş tənəzzülə uğradı. İndi biz bunu bərpa edirik. Mənə verilən məlumata görə, bu il Biləsuvar rayonunda altı min hektarda pambıq əkilib. Keçən il iki min hektar idi. Sovet vaxtında 14 min hektar əkilirdi. Gələn il isə on min hektar əkiləcək. Biz bunu qısa müddət ərzində görülən tədbirlər nəticəsində əldə edirik və bu, məşğulluq deməkdir. Əgər hər hektarda orta hesabla iki nəfər işləsə, bu, artıq gələn il 20 min insanın işlə təmin olunması deməkdir”, - deyə İlham Əliyev qeyd edib.
"Sahibkarlıq üçün şərait yaradılır, investisiya artıq"
Dövlət başçısı vurğulayıb ki, kənd təsərrüfatının digər sahələri də inkişaf etməlidir, emal sənayesi - burada artıq bir neçə emal müəssisəsi var, bu işlər daha da sürətlə getməlidir:
"İndi sahibkarlığın inkişafı üçün əlavə şərait yaradılır, islahatlar aparılır. Sahibkarlar da buna çox müsbət reaksiya verirlər. İnvestisiya artır, təşviq mexanizmi icra edilir. İxrac potensialımız artır. Biz bütün bunları etməliyik ki, neftdən asılılığımızı tamamilə aradan götürək. Bu layihələri icra etdikcə əlbəttə ki, bizim daha da çox maliyyə imkanımız olacaq".
Prezident bildirib ki, maliyyə imkanlarını da sosial layihələrə yönəldəcək - xəstəxanaların, məktəblərin, yolların tikintisi, köçkünlərin problemləri həll ediləcək:
"Biləsuvar rayonunda minlərlə məcburi köçkün yerləşir. Onların problemləri də həll olunur və həll olunacaq. Beləliklə, ölkəmiz uğurla inkişaf edəcək. Regionlar inkişaf etdikcə ölkə də güclənəcək və biz həmişə ancaq daxili resurslara arxalanmalıyıq. Biz, ümumiyyətlə, heç bir yerdən yardım almırıq və buna ehtiyac da duymuruq".
İlham Əliyev qeyd edib ki, Azərbaycanın dövlət siyasəti daxili resursları artırmaqdır, sənaye, kənd təsərrüfatı, investisiya qoyuluşu, sahibkarlıq şəffaf inkişaf etməlidir. 
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun