“İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nda dəyişiklik edilib

“İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nda dəyişiklik edilib
6 Sentyabr 2016
Mətni dəyiş
Nazirlər Kabineti “İdman mərc oyunlarının təşkili və keçirilməsi Qaydaları”nda dəyişiklik edib.
Bu Qaydalar Azərbaycan ərazisində keçirilən idman mərc oyunlarının təşkili və oynanılmasının şərtlərini, bu oyunların operatorunun və iştirakçılarının hüquq və vəzifələrini tənzimləyir.
Qaydaya əsasən mərci udan şəxslərin adları onların birbaşa və yazılı icazələri olmadan açıqlana, xəbər kimi istifadə edilə, səs və ya görüntüləri yayımlana və reklam fəaliyyətlərində istifadə edilə bilməzdi. Dəyişikliyə əsasən bu sahədə reklama dair tələb daha dəqiq müəyyənləşdirilib.
Bundan sonra idman mərc oyununu udan şəxsin yazılı razılığı olmadan onun adı reklamda açıqlana bilməz. Başqa sözlə, idman mərc oyununu udan şəxsin birbaşa razılığı onun adının reklamda açıqlanması üçün əsas olmayacaq, mütləq onun yazılı razılığı tələb olunacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun