"Hökümət düşünür ki, hesabat müsbət olmalıdır"

"Hökümət düşünür ki, hesabat müsbət olmalıdır"
23 Sentyabr 2016
Mətni dəyiş
"Hökumət mənim və ya həmkarlarım tərəfindən hazırlanan hesabatlara qulaq asanda biz həmişə məyus oluruq. Çünki belə hiss yaranır ki, onlar düşünür ki, hesabat daha müsbət olmalıdır", BMT-nin xüsusi məruzəçisi Michel Forst BBC Azərbaycancaya müsahibəsində deyib.
BMT-nin xüsusi məruzəçisi Michel Forst Azərbaycan hökumətini vətəndaş cəmiyyətinə qarşı cəzalandırma yanaşmasına yenidən baxmağa çağırıb.
Hökumətin dəvəti ilə Azərbaycana doqquz günlük səfər edən cənab Forst bu müddət ərzində hökumət rəsmiləri, məhkəmə üzvləri, ombudsman, eləcə də insan haqları müdafiəçiləri və vətəndaş cəmiyyəti nümayəndələri, media və diplomatlarla görüşüb.
Hazırlanan hesabatlara görə vəziyyət getdikcə daha da "narahatçılıq doğuran hal alıb" deyən xüsusi məruzəçi ehtimal edir ki, Azərbaycan hökuməti vətəndaş cəmiyyəti mərkəzlərinin dəyərini "lazımınca anlamayıb".
Cənab Forst vəziyyətin dəyişdirilməsi üçün etdiyi təklifi də açıqlayıb.
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov APA-ya müsahibəsində "təəssüf"lə qeyd edib ki, cənab Forstun məruzəsində "balans gözlənilməmiş, irəli sürülən iddialar, xüsusilə həbslər, KİV və QHT-lərlə bağlı faktlar araşdırılmamış, Azərbaycan hakimiyyətinin mövqeyi öyrənilməmiş və nəzərə alınmamışdır".
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun