Hilal Məmmədov: "Mənə dedilər sən "gizli müxalifətsən?"

Hilal Məmmədov: "Mənə dedilər sən "gizli müxalifətsən?"
20 Sentyabr 2016
Mətni dəyiş
«Tolışi Sədo» qəzetinin baş redaktoru Hilal Məmmədov sentyabrın 19-da polisə çağırılıb.
Bu barədə onun özü məlumat verib. Hilal Məmmədov deyib ki, sentyabrın 19-da sahə müvəkkili ona yaxınlaşıb və Bakı şəhər Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinə getməsini istəyib: “Mənə dedi ki, rəis səninlə söhbət etmək istəyir”.
Hilal Məmmədovun sözlərinə görə, bölmədə polislər ondan son mitinqlərə niyə getdiyini soruşublar: “Mənə dedilər ki, sən niyə müxalifətin mitinqində iştirak edirsən? Sən “gizli müxalifətsən?”
Keçmiş məhbus deyir ki, onu bir neçə saat bölmədə saxlayıblar: “Gah gözlə, gah rəis gələcək deyə-deyə məni axşama kimi orda saxladılar. Ailə üzvlərim, yaxın qohumlarım haqqında bir-bir soruşub yazdılar. Yəqin, gələcəkdə mənə təsir etməkdən ötrü onlara təzyiq edəcəklər”.
Qeyd edək ki, H.Məmmədov 2013-cü il sentyabrın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində 5 il azadlıqdan məhrum edilib. O, narkotik maddə alveri, dövlətə xəyanət və milli ədavətin qızışdırılmasında ittiham olunub.
“Amnesty International” H.Məmmədovu “vicdan məhbusu” kimi tanıyıb.
Prezidentin 17 mart 2016-cı ildə imzaladığı əfv sərəncamı ilə Hilal Məmmədov azadlığa çıxıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun