Hərbi təyyarə təlim zamanı qəzaya uğrayıb

Hərbi təyyarə təlim zamanı qəzaya uğrayıb
8 Sentyabr 2016
Mətni dəyiş
ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "T-45 US" təyyarəsi təlim uçuşu zamanı Missisipi şəhəri yaxınlığındakı hava limanında yerə düşüb.
Məlumata görə, hadisə yerli vaxtla saat 13:15-də baş verib.
ABŞ Hərbi Hava Qüvvələrinin nümayəndəsi Penni Rendal bildirib ki, tələbə və təlimatçı pilot katapulta vasitəsilə xilas olublar. Rendalın sözlərinə görə, yaralılar xəstəxanaya çatdırılıb və onların həyatı üçün heç bir təhlükə yoxdur.
Qəzanın başvermə səbəbləri məlum deyil. İnsidentlə bağlı araşdırma aparılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun