Faiq Əmirlinin müdafiəsinə daha bir vəkil qoşulub

Faiq Əmirlinin müdafiəsinə daha bir vəkil qoşulub
9 Sentyabr 2016
Mətni dəyiş
“Azadlıq” qəzetinin maliyyə direktoru, “Gülençi” ittihamı ilə həbs edilən Faiq Əmirlinin müdafiəsinə daha bir vəkil qoşulub.
Vəkil Fəxrəddin Mehdiyev Faiq Əmirlinin ailə üzvləri ilə müqavilə bağlayıb.
Qeyd edək ki, F.Əmirli avqustun 20-da saxlanıb. Avqustun 22-də Nəsimi Rayon Məhkəməsi onun haqqında 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar verib.
F.Əmirli Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanları onu hazırda ABŞ-da yaşayan Fethullah Gülen-in tərəfdarlarının «Hizmet» Hərəkatının imamı kimi təqdim edir.
AXCP isə onun həbsini siyasi sifariş sayır. Partiyanın verdiyi bəyanatda bildirilirdi ki, hakimiyyət bununla özünün iyulun 15-də Türkiyədə baş verən çevriliş cəhdini himayə etməkdə günahlandırılan Fethullah Gülen-lə əlaqələrini gizlətməyə və rəqiblərini sıradan çıxarmağa çalışır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun