Faiq Əmirlinin işi Avropa Məhkəməsinə göndərilib

Faiq Əmirlinin işi Avropa Məhkəməsinə göndərilib
19 Sentyabr 2016
Mətni dəyiş
"Azadlıq" qəzetinin yayım işləri üzrə direktoru, Azərbaycan xalq Cəbhəsi Partiyası ( AXCP) sədrinin köməkçisi Faiq Əmirli ilə bağlı iş Avropa İnsan Haqları Məhkəməsinə göndərilib.
Bu barədə onun vəkili Aqil Layıcov məlumat verib.
Qeyd edək ki, F.Əmirli avqustun 20-da saxlanıb. Avqustun 22-də Nəsimi Rayon Məhkəməsi onun haqqında 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar verib.
F.Əmirli Cinayət Məcəlləsinin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanları onu hazırda ABŞ-da yaşayan Fethullah Gülen-in tərəfdarlarının «Hizmet» Hərəkatının imamı kimi təqdim edir.
AXCP isə onun həbsini siyasi sifariş sayır. Partiyanın verdiyi bəyanatda bildirilirdi ki, hakimiyyət bununla özünün iyulun 15-də Türkiyədə baş verən çevriliş cəhdini himayə etməkdə günahlandırılan Fethullah Gülen-lə əlaqələrini gizlətməyə və rəqiblərini sıradan çıxarmağa çalışır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun