Estoniyada prezident seçkisi nəticəsiz qalıb

Estoniyada prezident seçkisi nəticəsiz qalıb
25 Sentyabr 2016
Mətni dəyiş
Estoniyada ikinci dəfədən prezident seçkisi heç bir nəticə verməyib.
Seçkilərdə parlametin deputatları və seçici kollegiyasının üzvləri səs veriblər. Namizədlərdən heç biri 333 səsin yarıdan çoxunu ala bilməyib.
Hüquqşunas Allar Yoks 134, hakim Reform partiyasının fəxri sədri Siim Kallas 138 səs toplayıb. Daha öncə başqa namizədlər olsa da ikinci tura sadəcə iki namizəd, Yoks və Kallas keçib. Hazırda heç biri seçkilərdə iştrak etməyəcəyini bildirib.
Qeyd edək ki, Estoniyada prezident parlamentdə 2/3 səs çoxluğunu qazanmış şəxs olur. Əgər 2/3 səs çoxluğu alınmazsa, təkrar seçkilər seçici kollegiyası üzvləri də iştrakı ilə keçirilir.
Hazırki seçkilərdə seçici kollegiyası üzvlərinin iştrakı ilə belə prezident seçilmədiyinə görə, bununla yenidən parlament məşğul olacaq. Seçkilər iki həftə ərzində baş tutmalıdır.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun