Elmar Məmmədyarov: “Azərbaycan Aİ ilə fəal dialoqda maraqlıdır”

Elmar Məmmədyarov: “Azərbaycan Aİ ilə fəal dialoqda maraqlıdır”
4 Sentyabr 2016
Mətni dəyiş
“Biz  strateji tərəfdaşlıq sazişinin Aİ-Azərbaycan əlaqələrinin hərtərəfli şəkildə genişləndirilməsi üçün möhkəm hüquqi əsas yaradacağına inanırıq və danışıqlar aparılması üçün mandatın Aİ Xarici Əlaqələr Şurası tərəfindən rəsmi qaydada təsdiq edilməsindən sonra rəsmi danışıqlar prosesinin başlanmasını gözləyirik”. 
Bu fikirləri Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov sentyabrın 3-də Avropa İttifaqına üzv dövlətlər və “Şərq Tərəfdaşlığı” ölkələrinin iştirakı ilə keçirilən qeyri-rəsmi görüşdə bildirib.
Onun sözlərinə görə, “Cənub” qaz dəhlizi də daxil olmaqla, bir çox məsələlər üzrə qarşılıqlı marağı nəzərə alaraq Azərbaycan Aİ ilə fəal dialoqa hazırdır.
Nazir qeyd edib ki, Aİ və ona üzv dövlətlərlə bərabərhüquqlu tərəfdaşlıq və qarşılıqlı fayda prinsiplərinə əsaslanan uzunmüddətli münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin vacib məqamlarından biridir.
Onun sözlərinə görə, Aİ xarici əlaqələr üzrə ali nümayəndəsi Federiki Mogerinin Bakıya səfəri zamanı aparılmış müzakirələr Aİ-Azərbaycan əlaqələrinə yeni bir dinamiklik gətirib. Qarşıdakı aylarda parlamentlərarası əlaqələr  də daxil olmaqla, ikitərəfli əməkdaşlığın canlandırılması gözlənilir.
Sentyabrda Şərqi Avropa və Mərkəzi Asiya üzrə İşçi Qrupu  missiyasının Bakıya səfəri olacaq.
Eyni zamanda nazir qeyd edib ki, regionda uzun sürən münaqişələr çoxtərəfli əməkdaşlığa mane olur. Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazılığı digər “Şərq Tərərdaşlığı” ölkərinin ərazi bütövlüyündən heç də az əhəmiyyət daşımır. Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən tezliklə çıxarılması Aİ-nin Cənubi Qafqazda və ondan kənarda regional əməkdaşlığın möhkəmləndirilməsi məqsədlərinə xidmət edəcək.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun