Çində ABŞ və Rusiya prezidentləri arasında görüş olub

Çində ABŞ və Rusiya prezidentləri arasında görüş olub
5 Sentyabr 2016
Mətni dəyiş
Obama və Putin G20 sammiti üçün getdikləri Çində 1 saat 40 dəqiqə davam edən görüş keçiriblər.
Rusiya rəsmisi Dmitriy Peskov Putin və Obamanın görüşü ilə əlaqədar olaraq, "Görüş planlanandan uzun çəkdi. Əvvəlcə Suriya və Ukraynadakı vəziyyət danışıldı. Ardınca isə prezidentlər təkbətək görüşdü", - deyə bildirib.
Peskov liderlərin görüşünün "yaxşı keçdiyini" ifadə edərək, iki ölkə arasındakı əlaqələrin daha da inkişaf etməsi üçün çalışmaların davam edəcəyini qeyd edib.
Xatırladaq ki, Rusiya və ABŞ prezidentləri son olaraq 2015-ci ilin noyabrnda Fransanın paytaxtı Parisdə bir araya gəlmişdi.
 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun