"Brexit prosesi 2017-ci ilin əvvəllərində başlaya bilər"

"Brexit prosesi 2017-ci ilin əvvəllərində başlaya bilər"
18 Sentyabr 2016
Mətni dəyiş
Avropa İttifaqı Şurasının sədri bildirib ki, Teresa May ayrılma prosesini başladacaq Lissabon müqaviləsinin 50-ci maddəsi üçün bu il müraciətin qeyri-mümkün olduğunu deyib.
Slovakiyanın paytaxtı Bratislavada çıxış edən Avropa İttifaqı Şurasının sədri Donald Tusk Böyük Britaniyanın Avropa İttifaqından ayrılma prosesinə dair açıqlama verib. Çıxışı zamanı Donald Tusk Böyük Britaniyanın baş naziri Teresa May ilə Londonda keçən həftə keçirdiyi görüşə toxunub.
Avropa İttifaqı Şurasının sədri bildirib ki, Teresa May ayrılma prosesini başladacaq Lissabon müqaviləsinin 50-ci maddəsi üçün bu il müraciətin qeyri-mümkün olduğunu, ancaq gələn ilin yanvarında ya da fevralında müraciət edə biləcəklərini söyləyib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun