BMT Təhlükəsizlik Şurası Suriya üzrə məsləhətləşmələri ləğv edib

BMT Təhlükəsizlik Şurasında Suriya üzrə keçiriləcək  məsləhətləşmələr Rusiya və ABŞ-ın istəyi ilə ləğv olunub.
Bu barədə məlumatı sentyabrda Təhlükəsizlik Şurasında sədrlik edən Yeni Zelandiya nümayəndəsi verib: “Sentyabrın 16-da keçirməyi planlaşdırdığımız Suriya üzrə məsləhətləşmələr Rusiya və ABŞ-ın təşəbbüsü ilə ləğv olunub”.
Məlumata görə, görüşdə ABŞ və Rusiya arasında Suriya böhranı ilə bağlı əldə edilən son razılaşmaların detalları açıqlanmalı idi.